Futbol

"Bakı"nın daha 6 xalı silindi

Komitə bu addımı FIFA-dan quruma daxil olan məktuba əsasən atıb.

AFFA-nın İntizam Komitəsi "Bakı"nın hesabından növbəti 6 xalın silinməsinə qərar verib.

AFFA-nın məlumatında deyilir:

FIFA 11.04.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Bakı" klubu haqqında qərar qəbul etdiyini bildirmişdi. Belə ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu George Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivliyinnən 6 xal silinməsi göstərilmişdi.

Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edir:

1. Azərbaycan birinci divizionunda çıxış edən "Bakı"nın cari mövsüm aktivliyindən 6 xal silinsin.

Bu mövsüm "Bakı"nın aktivindən artıq bir dəfə 6, bir dəfə isə 3 xal silinib.