Futbol

Şimali Koreyadan Lionel Messi açıqlaması

Şimali Koreyanın lideri Kim Yonq "Barselona"nın forvardı Lionel Messini ölkəsinə dəvət etmək istəyir

Şimali Koreyanın lideri Kim Yonq "Barselona"nın forvardı Lionel Messini ölkəsinə dəvət etmək istəyir.

Kim Yonqun dəstəyi ilə keçən il Pxenyanda açılan və 200-ə qədər uşağın futbolla məşğul olduğu məktəbdə hamının arzusu bir gün Messi olmaqdı.

Asiya Futbol Federasiyasında çalışan və əslən şimali koreyalı olan Han-Un Qyonq bu barədə açıqlamalar verib:

"Messini ölkəmizə dəvət etmək istəyirik, çünki uşaqlar onu çox sevirlər. Pxenyandakı məktəbdə məşq edən uşaqlardan ən çox hansı futbolçunu sevdiklərini soruşanda Messinin adını çəkirlər. Həqiqətən də Şimali Koreyada Messi sevgisi çox böyükdü. Məktəbdəki uşaqlar internet vasitəsilə onun videolarna baxmaqla yanaşı, Messi haqda kitablar da oxuyurlar".

Han-Un Qyonq son olaraq ölkə liderinin Messini çox sevdiyini və onu ölkəsində görmək istədiyini sözlərinə əlavə edib.