Futbol

Həftəyə 60 min funt qazanan futbolçunun həbsdəki məvacibi - 11 funt

28 yaşlı futbolçu həbsdə xadimə kimi çalışacaq.

"Sanderlend"in keçmiş yarımmüdafiəçisi Adam Consonun həbsxanada qazancı məlum olub. 

İngiltərə millisinin sabiq futbolçusu yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğuna görə 6 illiyinə həbs edilib. 

"Daily Star"ın verdiyi xəbərə görə, Conson həbsxanada işinə görə həftədə 11 funt məvacib alacaq. 28 yaşlı futbolçu həbsdə xadimə kimi çalışacaq.
 
Conson "Sanderlend"də həftəyə 60 min funt sterlinq qazanırdı. Lakin hadisənin belə axarından sonra klub onunla müqaviləni pozub.