Futbol

Kamran Ağayev 35 min dollardan imtina edib, Türkiyə klubundan ayrıldı

Ağayevin Azərbaycan klublarından biri ilə razılığa gəldiyi bildirilir.

Türkiyənin PTT 1-ci Liqasında çıxış edən "Karşıyaka" Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

"Fanatik"in verdiyi xəbərə görə, 29 yaşlı qolkiper klubdan alacağı 35 min dollardan imtina edərək İzmir təmsilçisini tərk edib.

Ağayevin Azərbaycan klublarından biri ilə razılığa gəldiyi bildirilir.

Kamran Ağayev "Karşıyaka"da oynadığı 13 matçda 20 qol buraxıb.