Futbol

"Barselona" Çempionlar Liqasında onlarsız oynayacaq

Qrupda artıq ilk yeri təmin edən komandanın baş məşqçisi Luis Enrike futbolçularına istirahət verib.

"Barselona"nın müdafiəçisi Jerar Pike və yarımmüdafiəçisi Andres İnyesta Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - VI turunda "Bayer"lə oyun üçün Leverkuzenə aparılmayıb.
 
Qrupda artıq ilk yeri təmin edən komandanın baş məşqçisi Luis Enrike futbolçularına istirahət verib. Bundan başqa, Dani Alves cəzalı olduğuna görə, Jeremi Matye, Serxi Roberto, Duqlas və Rafinya zədə üzündən oyunu buraxacaqlar.
 
Çox güman ki, iştirak ərizəsinə "Barsa"nın gənc futbolçuları Serxi Samper, Xuan Kamara, Jerar Qumbau və Vilfrid Kaptum salınacaqlar.

"Bayer" - "Barselona" oyunu dekabrın 9-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.