Futbol

İngiltərə Premyer Liqasında "Boxing day" həyəcanı başlayır

Bu gün İngiltərə Premyer Liqasında 18-ci tura start veriləcək.

Turun bütün görüşləri bu gün keçiriləcək. Xüsusilə də "Çelsi" - "Vest Hem", "Mançester Yunayted" - "Nyukasl" və "Arsenal" - "Kvins Park" matçları böyük maraqla gözlənilir.

Günün proqramına nəzər salaq:

"Çelsi" - "Vest Hem" (16:45)

"Börnli" - "Liverpul" (19:00)

"Vest Bromviç" - "Mançester Siti" (19:00)

"Mançester Yunayted" - "Nyukasl" (19:00)

"Lester" - "Tottenhem" (19:00)

"Kristal Pelas" - "Sauthempton" (19:00)

"Sanderlend" - "Hall Siti" (19:00)

"Suonsi" - "Aston Villa" (19:00)

"Everton" - "Stok Siti" (19:00)

"Arsenal" - "Kvinns Park" (21:30)

Premyer liqada Milad bayramından sonrakı günlərdə oynanılan matçlara "Boxing day" deyilir.

"Boxing day" idmanla əlaqəli anlayış deyil. Milad bayramından sonrakı günə (26 dekabr) bu ad verilib. Həmin gün İngilərədə mağazalar səhər tezdən qapılarını müştərilərinin üzlərinə açırlar. Adətən qiymətlərdə böyük endirimlər də məhz bu günə təsadüf edir. İdman dünyasında isə təkcə Premyer Liqada deyil, kriket, reqbi, xokkey kimi idman növlərində də "Boxing day" anlayışından istifadə olunur.