Fransa

Son 7 ilin ən pis gösətiricisi

Marsel “Olimpik”i Fransa çempionatının 17-ci turundan təxirə salınmış oyunda “Sent-Etyen”ə səfərdə məğlub olub.

Dsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, 1:2 hesabıyla başa çatan görüş Marsel klubunun cari mövsümdə sayca 7-ci məğlubiyyəti olub.

“Olimpik” Liqa 1-də son 9 matçdı ki, qələbə üzünə həsrətdi. Komanda bu oyunlarda 4 heç-heçə edib, 5 dəfə də məğlub olub. Bu son 7 ilin ən pis göstəricisidi.

Marsellilər sonuncu dəfə 2011/12 mövsümündə ardıcıl 12 oyun qələbə qazana bilməmişdi.

Sözügedən komanda cari mövsümdə 20 turdan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb.