Fransa

Lion “Olimpik”i xal itirdi, Marsel “Olimpik”i uduzdu

Futbol üzrə Fransa çempionatında 17 və 18-ci turlardan təxirə salınmış bir neçə oyun keçirilib.

Dsport.az xəbər verir ki, 17-ci tur çərçivəsində keçirilən oyunlardan “Monako” - “Nitsa” və “Tuluza” - “Olimpik” (Lion) görüşləri heç-heçə başa çatıb. “Nim” “Nant”ı, “Sent-Etyen” isə Marsel “Olimpik”ini məğlub yola salıb.

18-ci turun “Genqam” - “Renn” qarşılaşmasında da meydan sahibləri qələbə qazanıblar.

Fransa, Liqa 1
16 yanvar

17-ci turun oyunları

Monako - Nitsa 1:1
Qol: Badiaşile, 50 – Allan, 30.

Tuluza - Olimpik (Lion) 2:2
Qol: C.Durmaz, 12; 74-pen – Dembele, 75. Fekir, 87.

Nim - Nant 1:0
Qol: Alakuç, 64.

Sent-Etyen - Olimpik (Marsel) 2:1
Qol: Xazri, 59-pen; 88 – Strotman, 16.

18-ci turun oyunu

Genqam - Renn 2:1
Qol: Eboa, 40. Do, 59 – Nyanq, 86.