Fransa

Təxirə salınan oyunda “Bordo” sevindi

Futbol üzrə Fransa çempionatında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Dsport.az xəbər verir ki, turnir cədvəlinin orta pillələrində qərarlaşmış “Bordo” səfərdə “Anje” ilə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb.

Fransa, Liqa 1
17-ci turun oyunu

15 yanvar

Anje – Bordo 1:2
Qol: Pavloviç, 64 – Kalu, 31. Karamo, 90+2.