Fransa

Liqa 1 klubu baş məşqçi ilə nikah təzələdi

Fransanın “Lill” klubu baş məşqçisi Kristof Qaltenin müqaviləsinin müddətini uzadıb.

Dsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qalteylə müddəti 2021-ci ilə qədər olan yeni sözləşmə imzalanıb.

52 yaşlı mütəxəssis 2017-ci ildən “Lill”i çalışdırır.

“Lill” cari mövsümdə Liqa 1 də 20 turdan sonra 37 xalla 2-ci sırada yer alıb.