Fransa

PSJ-dən darmadağın

Futbol üzrə Fransa çempionatında 20-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub.

Turnir cədvəlinin vahid lideri PSJ səfərdə “Amyen”in qonağı olub. Paris təmsilçisi bu görüşdə darmadağına sevinib.

"Nitsa" evdə "Bordo"nu, "Sent-Etyen" isə səfərdə "Genqam"ı 1 cavabsız qolla məğlub edib.

Fransa Liqa 1
20-ci tur

11 yanvar

Kan - Lill 1:3
Qol: Ninqa, 90 – Pepe, 8. Leao, 20. Arauxo, 89.

Olimpik (Lion) - Reyms 1:1
Qol: Traore, 70 – Çavarriya, 34.

12 yanvar

Amyen - PSJ 0:3
Qol: Kavani, 57-pen. Mbappe, 70. Markinyos, 79.

Nitsa - Bordo 1:0
Qol: Sent-Maksimin, 16.

Genqam - Sent-Etyen 0:1
Qol: Xazri, 6.

13 yanvar

18:00 Nant - Renn
20:00 Dijon - Monpelye
20:00 Tuluza - Strasburq
00:00 Olimpik (Marsel) - Monako

Qeyd: 20-ci turda keçirilməli olan “Nim” - “Anje” matçı Fransadakı aksiyalar səbəbindən təxirə salınıb.