Fransa

Lion “Olimpik”i xal itirdi, “Lill” inamlı qələbəyə sevindi

Futbol üzrə Fransa çempionatında 20-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

“Lill” “Kan”la, Lion “Olimpik”i isə “Reyms”lə qarşılaşıb. "Lill" səfər matçından inamlı qələbə ilə ayrılıbsa, digər oyunda qalib müəyyənləşməyib.

Fransa Liqa 1
20-ci tur

11 yanvar

Kan - Lill 1:3
Qol: Ninqa, 90 – Pepe, 8. Leao, 20. Arauxo, 89.

Olimpik (Lion) - Reyms 1:1
Qol: Traore, 70 – Çavarriya, 34.

12 yanvar

20:00 Amyen - PSJ
23:00 Nitsa - Bordo
23:00 Genqam - Sent-Etyen

13 yanvar

18:00 Nant - Renn
20:00 Dijon - Monpelye
20:00 Tuluza - Strasburq
00:00 Olimpik (Marsel) - Monako

Qeyd: 20-ci turda keçirilməli olan “Nim” - “Anje” matçı Fransadakı aksiyalar səbəbindən təxirə salınıb.