Fransa

PSJ-nin sabiq futbolçusu “Monako”da - RƏSMİ

Fransa çempionatında işləri yaxşı getməyən “Monako” heyətinə daha bir futbolçu cəlb edib.

Dsport.az xəbər verir ki, “knyazlıq təmsilçisi” “Lill” klubunun müdafiəçisi Fode Ballo-Tureni sıralarına qatıb. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı fransalı müdafiəçi yeni klubu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqaviləyə imza atıb.

Ballo-Ture “Lill”dən əvvəl – 2014-2017-ci illər aralığında PSJ-nin də şərəfini qoruyub.