Fransa

Fransa klubunda yeni baş məşqçi

Fransanın “Dijon” klubunun yeni baş məşqçisi məlum olub.

Dsport.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan"ı Antuan Kombuareyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, fransız mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalandığı bildirilib.

“Dijon” cari mövsümün sonunda Liqa 1-də qalacağı təqdirdə, Kombuarenin müqaviləsinin müddəti bir il də uzadılacaq.

"Dijon" bir müddət əvvəl baş məşqçisi Olivye Dall Ollyu ilə yollarını ayırmışdı. Komanda Liqa 1-də 16 xalla 18-ci pillədə qərarlaşıb.