Fransa

“Renn” evdə, “Amyen” səfərdə qələbə qazandı

Futbol üzrə Fransa çempionatında 17-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. 

"Genqam" doğma meydanda "Amyen"ə uduzub. "Renn" isə "Dijon"la ev oyununda inamlı qələbəyə sevinib.

Qeyd edək ki, bu turun əksər qarşılaşmaları təxirə salınıb. Buna Fransada baş verən kütləvi etiraz aksiyaları səbəb olub.

Fransa Liqa 1
17-ci tur

8 dekabr

Genqam - Amyen 1:2
Qol: Didot, 70 - Qnaore, 63. Mendosa, 81.

Renn - Dijon 2:0
Qol: Burequ, 69. Ben Arfa, 90.

9 dekabr

18:00 Strasburq - Kan
20:00 Lill - Reyms