Fransa

PSJ-də Neymar şoku

Fransanın PSJ klubu ciddi itkiylə üzləşib.

Dsport.az xarici mətbuata istinadən xəbər verir ki, Neymar Braziliya millisinin yoxlama oyunu çərçivəsində Kamerunla qarşılaşdığı matçda zədələnib. 

Matçın 8-ci dəqiqəsində zədələnərək, Riçarilsonla əvəzlənən 26 yaşlı futbolçunun sağlıq vəziyyəti, tibbi müayinələrdən sonra bilinəcək. Neymarın PSJ-nin Çempionlar Liqasında "Liverpul"la qarşılaşacağı oyunda iştirak etməyəcəyi gözlənilir.

Braziliya Kamerunu 45-ci dəqiqədə Riçarilsonun vurduğu qolla 1:0 hesabıyla məğlub edib.