Fransa

PSJ-dən darmadağın, Anrili “Monako”dan ilk oyunda məğlubiyyət

Futbol üzrə Fransa çempionatında 10-cu turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Sükan arxasına” Tyerri Anrini gətirən “Monako” səfərdə “Strasburq”un qonağı olub. "Knyazlıq klubu" bu görüşdən məğlubiyyətlə ayrılıb.

Lider PSJ isə “Amyen”i sınağa çəkib və 5 cavabsız qolla qalib gəlib.

Fransa Liqa 1
10-cu tur 
19 oktyabr

Olimpik (Lion) - Nim 2:0
Qol: Dembele, 24. Depay, 90.

20 oktyabr

PSJ - Amyen 5:0
Qol: Markinyos, 12. Rabyo, 42. Draksler, 80. Mbappe, 82. Diabi, 87.

Kan - Genqam 0:0

Dijon - Lill 1:2
Qol: Abid, 81-pen - Pepe, 21-pen. Arauxo, 81.

Strasburq - Monako 2:1
Qol: Tomasson, 17. Motiba, 84 - Tilemans, 90-pen.

Nant - Tuluza 4:0
Qol: Sala, 25; 71; 77. Bosçilia, 38.

Reyms - Anje 1:1
Qol: Çavarria, 73 - Traore, 36.

21 oktyabr

17:00 Monpelye - Bordo
19:00 Sent-Etyen - Renn
23:00 Nitsa - Olimpik (Marsel)