Fransa

UEFA PSJ-ni cərimələdi

UEFA Fransanın PSJ klubunu cəzalandırıb.

Dsport.az xəbər verir ki, qitə futbol qurumu Paris təmsilçisini 20 min avro cərimələyib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 

Paris klubu UEFA Çempionlar Liqasında Serbiyanın "Srvena Zvezda" komandası ilə ev oyununun gec başlamasına görə cəzalanıb. UEFA PSJ-nin 6:1 hesabı ilə qalib gəldiyi həmin görüşdə klubu azarkeşlərin yandırıcı maddələrdən istifadə etməsinə görə də günahlandırıb.