Fransa

Anri rəsmən “Monako”da!

Fransa millisinin keçmiş hücumçusu Tyerri Anrinin “Monako”nun “sükanı arxasına” gözlənilən keçidi nəhayət, rəsmiləşib.

Dsport.az “knyazlıq klubu”nun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Anri ilə 3 illik müqavilə imzalayıb. 41 yaşlı mütəxəssis bu postda Leonardo Jardimi əvəz edib.

Anri peşəkar futbola məhz “Monako”da başlayıb.

Keçmiş hücumçu “Monako”dan əvvəl Belçika millisində Roberto Martinesin köməkçisi kimi çalışırdı.