Fransa

“Monako”da gözlənilən istefa

Fransanın “Monako” klubunun baş məşqçisi Leonardo Jardimin vəzifəsinə son verilib.

Dsport.az xəbər verir ki, mövsümə uğursuz start verən Liqa 1 təmsilçisi, baş məşqçi Jardimlə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Jardim 2014-cü ildən “Monako”nun “sükanı arxasında” idi.

“Monako” Jardimin rəhbərliyi altında 1 dəfə Liqa 1-i qazanıb, 2 dəfə Fransa kubokunda finala vəsiqə əldə edib.

“Monako” cari çempionatda 9 turdan sonra 6 xalla 18-ci pillədə yer alıb.