Fransa

Pokerə imza atdı, tarixə düşdü

Futbol üzrə Fransa çempionatının 9-cu turunda 4 qol vuran Kilian Mbappe tarixə düşüb.

Dsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1-in son turunda Lion “Olimpik”i ilə qarşılaşan PSJ 5:0 hesabıyla qalib gəlib. 13 dəqiqəyə 4 qol vuran fransalı gənc futbolçu, bununla da, Fransa çempionatının tarixinə adını yazdırıb. Belə ki, o, Liqa 1 tarixinin son 45 mövsümündə bir oyunda 4 qol vuran ən gənc oyunçu olub.

Bu mövsüm Fransa çempionatında keçirdiyi 9 oyunun hamısında qalib gələn PSJ, 27 xalla turnir cədvəlinə başçılıq edir.