Fransa

“Monako” evdə uduzdu

Futbol üzrə Fransa çempionatında 7-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.

Açılış oyununda cari çempionata uğursuz start verən “Monako” öz meydanında “Anje”ni qəbul edib və gözlənilməz məğlubiyyətlə üzləşib.

Günün digər oyunlarında da meydan sahibləri məğlubiyyət acısı yaşayıb. "Nant" "Nitsa"ya, "Tuluza" "Sent-Etyen"ə uduzub.

Fransa Liqa 1
7-ci tur
25 sentyabr

Monako - Anje 0:1
Qol: Bahoken, 27.

Nant - Nitsa 1:2
Qol: Sala, 57 - Jalle, 31. Makenqo, 69.

Tuluza - Sent-Etyen 2:3
Qol: Qradel, 63. C.Durmaz, 78 - Dioni, 23. Kabella, 66. Salibur, 75. 

26 sentyabr

21:00 Amyen - Renn
21:00 Bordo - Lill
21:00 Kan - Monpelye
21:00 Dijon - Olimpik (Lion)
21:00 Olimpik (Marsel) - Strasburq
21:00 Nim - Genqam
23:00 PSJ - Reyms