Fransa

Lion “Olimpik”i və “Monako” səfərdə büdrədi

Futbol üzrə Fransa çempionatında 5-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, əksər qarşılaşmalar şənbə gününə təsadüf edib.

Lion “Olimpik”i “Kan”, “Monako” isə “Tuluza” səfərinə yollanıb. Hər iki oyunda heç-heçə qeydə alınıb.

“Monpelye” – “Strasburq” görüşündə də qalib müəyyənləşməyib.

“Lill” səfərdə “Amyen”ə, “Anje” isə “Dijon”a qalib gəlib. 

Fransa Liqa 1
5-ci tur

14 sentyabr

Nitsa - Renn 2:1
Qol: Allan, 77. Melu, 89 - Sarr, 58-öz qapısına.

PSJ - Sent-Etyen 4:0
Qol: Draksler, 22. Kavani, 51-pen. Di Mariya, 76. Diabi, 84.

15 sentyabr

Kan – Olimpik (Lion) 2:2
Qol: Bovyu, 53-pen. Onyanqe, 73 - Fekir, 45. Mendi, 89.

Amyen - Lill 2:3
Qol: Kurjava, 79. Qoddos, 90 - Pepe, 45-pen; 56-pen; 76.

Dijon - Anje 1:3
Qol: Said, 13 - Bahoken, 20. Tait, 29. Santamariya, 38.

Monpelye - Strasburq 1:1
Qol: Tallek, 50 - Motiba, 90.

Tuluza - Monako 1:1
Qol: İseka, 79 - Tilemans, 56.

16 sentyabr

17:00 Nant - Reyms
19:00 Bordo - Nim
23:00 Olimpik (Marsel) - Genqam