Fransa
Fransada klub dəyişdi
Fransanın “Sent-Etyenn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Dsport.az xəbər verir ki, Liqa 1 təmsilçisi Marsel “Olimpik”inin yarımmüdafiəçisi Remi Kabelyanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Kabelya “Monpelye”nin yetirməsidi. Fransalı futbolçu karyerası ərzində ölkəsinin “Arl-Avinyon”, İngiltərənin “Nyukasl” klublarının da şərəfini qoruyub. Remi Marsel təmsilçisində 2015-ci ildən çıxış edirdi. Ötən mövsüm isə o, məhz “Sent-Etyenn”də icarədə oynayıb. Bu komandada 28 oyuna çıxan futbolçu 7 qola imza atıb.