Fransa

“Qalatasaray”dan Fransa klubuna - RƏSMİ

Türkiyənin “Qalatasaray” klubu fransız müdafiəçisi Lionel Karol ilə yollarını ayırıb.

Dsport.az xəbər verir ki, o, karyerasını Fransada davam etdirəcək.

27 yaşlı futbolçu Liqa 1 təmsilçisi “Strasburq”la razılığa gəlib. Bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb. Liqa 1 təmsilçisi isə hələ bu transferi rəsmən açıqlamayıb.

Məlumatda bildirilir ki, Fransa klubu Karol üçün “sarı-qırmızılar”a 750 min avro təzminat ödəyəcək. 

Karol son mövsümü icarə əsasında “Sevilya”da keçirib. O, 2015/16 mövsümündən “Qalatasaray”a transfer olunmuşdu.