Fransa

“Şalke”nin futbolçusu PSJ-də - RƏSMİ

Fransanın PSJ klubu “Şalke”nin almaniyalı müdafiəçisi Tilo Kererin transferini rəsmiləşdirib.

Dsport.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat verib.

Kerer yeni klubunda 4 nömrəli formanı geyinəcək. 

Almaniya mətbuatı PSJ-nin Kerer üçün “Şalke”yə 37 milyon avro ödədiyini yazıb.