Fransa

Fransa klubundan 10 milyon avroluq transfer

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lion “Olimpik”inin gənc hücumçusu Mizyan Maolidanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 5 illik müqaviləyə imza atıblar. 19 yaşlı futbolçunun transferi 10 milyon avroya başa gəlib. Lion təmsilçisi bonus olaraq daha 3 milyon avro əldə edə bilər.

Maolida peşəkar karyerasına məhz “Olimpik”də başlayıb. O, ötən mövsüm bu komandanın heyətində 22 rəsmi oyuna çıxıb, 3 qola imza atıb.