Fransa

400 min avro qazanacaqlar - Dünya çempionu olsalar

Futbol üzrə Fransa yığmasında dünya çempionu olacaqları halda futbolçuların qazanacağı mükafatın məbləği müəyyənləşib.

Dsport.az xəbər verir ki, yığma üzvləri bu il Rusiyada təşkil olunacaq DÇ-2018-in qalibi olacaqları halda 400 min avro irəli düşəcəklər. Bu barədə “L`Equipe” nəşri məlumat yayıb.

Xatırladaq ki, fransızlar AÇ-2016-nın qalibi olmaq üçün millinin hər bir futbolçusuna 300 min avro mükafat təyin etmişdilər. Lakin Fransa yığması həmin turnirin finalında Portuqaliyaya məğlub olmaqla (0:1) həmin mükafatı əldən vermişdilər.