Fransa

Balotelli Fransa klubunu tərk edir: “Beş oyunum qalıb”

Fransanın “Nitsa” klubunun hücumçusu Mario Balotelli gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.

Dsport.az xəbər verir ki, o, bu komandanı yayda tərk edəcək. Bu barədə İtaliya yığmasının forvardı öz “İnstaqram” səhifəsində yazıb:

“Burada iki möhtəşəm mövsüm keçirdim. Hər kəsə təşəkkürümü bildirirəm. Amma hələ qarşıda məni beş oyun gözləyir”.

Qeyd edək ki, 27 yaşlı futbolçunun “Nitsa” ilə müqaviləsinin müddəti iyun ayında başa çatacaq. Ondan sonra Balotelli azad agentə çevriləcək. Onun yenidən İtaliyaya qayıtması gözlənilir. Futbolçu bir müddət əvvəl ölkəsinin mətbuatına açıqlamasında “Roma”da oynamağa hazır olduğunu bildirmişdi. Elə paytaxt klubunun da onunla yaxından maraqlandığı iddia edilir.

Mario Fransa klubuna 2016-cı ilin yayında “Milan”dan keçmişdi.