Fransa

Fransa Kubokunda hər iki finalçı bəlli oldu - VİDEO

Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Aşağı liqa təmsilçilərindən “Le Erbye” doğma meydanda “Şambli” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə iki cavabsız qolla qalib gələrək ilk finalçı olublar.

Digər finalçının adına “Kan” - PSJ matçında aydınlıq gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada gözlənildiyi kimi, Liqa 1-də çempionluğu təmin etmiş Paris təmsilçisi sevinən tərəf olub.

Beləliklə, mayın 8-də keçiriləcək final qarşılaşmasında PSJ ilə "Le Erbye" üz-üzə gələcək.

Fransa Kuboku
Yarımfinal

17 aprel

Le Erbye – Şambli 2:0
Qol: David, 28. Qboho, 80.

18 aprel

Kan - PSJ 1:3
Qol: Diomande, 43 - Mbappe, 25; 81. Nkunku, 90.