Fransa

Fransa klubunda baş məşqçi istefası

Fransanın “Tuluza” klubu baş məşqçisi Paskal Dupranı istefaya göndərib.

Dsport.az xəbər verri ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransa çempionatının son turunda “Monpelye”yə də 1:2 hesabıyla uduzan komandanın cari mövsümdəki uğursuz çıxışı rəhbərliyi radikal addımlar atmağa məcbur edib.

Dupra “Tuluza”nı 2016-cı ilindən qışından çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu mövsüm 22 tur ərzində cəmi 20 xal toplayıb və 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.