Fransa

PSJ Lion səfərindən əliboş qayıtdı - VİDEOLAR

Futbol üzrə Fransa çempionatında 22-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub. 

“Nitsa” doğma meydanda “Sent-Etyen”ə qalib gəlib.

Son çempion "Monako" da evdə "Mets" üzərində inamlı qələbə qazanıb.

Turun mərkəzi oyununda isə lider PSJ səfərdə ən yaxın izləyicisi olan Lion “Olimpik”i ilə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma Paris təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Fransa Liqa 1
22-ci tur
19 yanvar

Kan – Olimpik (Marsel) 0:2
Qol: Payet, 55-pen. Tovin, 74.

20 yanvar

Nant - Bordo 0:1
Qol: De Preville, 26.

Amyen - Genqam 3:1
Qol: Konate, 16-pen; 79. Bodmer, 84 - Koko, 29.

Monpelye - Tuluza 2:1
Qol: Sambia, 43. Sio, 90 - İmbula, 30.

Renn - Anje 1:0
Qol: Benjamin, 84.

Strasburq - Dijon 3:2
Qol: Aholu, 5. Lala, 19-pen; 79-pen - Tavares, 33. Haddadi, 45.

Trua - Lill 1:0
Qol: Niane, 45.

21 yanvar

Nitsa - Sent-Etyen 1:0
Qol: Kiprien, 23.

Monako - Mets 3:1
Qol: Jorge, 45. Gezzal, 67. Lopes, 81 - Niane, 72.

Olimpik (Lion) - PSJ 2:1
Qol: Fekir, 2. Depay, 90 - Kurjava, 45.