Fransa

Fransa klubunda yeni baş məşqçi

Fransanın “Bordo” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Qustavo Poyet çalışdıracaq.

Klub rəhbərliyi bir neçə gün əvvəl Joslen Qurvenneki istefaya göndərmişdi. Onunla yollar uğursuz nəticələrə görə ayrılmışdı. “Bordo” ötən mövsüm onun rəhbərliyi altında çempionatı 6-cı pillədə başa vursa da, cari mövsümdə nəticələr qənaətbəxş deyildi.

Komanda 22 turdan sonra 11-ci pillədə qərarlaşıb.

Poyetin son iş yeri Çinin “Şanxay Şenxua” klubu olub.