Fransa

1/4 finala bütün vəsiqələr öz sahibini tapdı - VİDEO

Futbol üzrə Fransa Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Dsport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələnin ilk oyun günündə “Tuluza” “Bordo”nu, “Anje” “Mets”i, son Fransa çempionu “Monako” da “Kan”ı məğlub edərək 1/4 finala yüksəlib.

İkinci oyun günündə isə PSJ-nin "Strasburq"la səfər matçı daha gərgin və maraqlı keçib. Altı qolun qeydə alındığı qarşılaşmada parislilər sevinən tərəf olublar. 

İddialılardan Lion və Marsel “Olimpik”lərinin mübarizəni dayandırması diqqət çəkib. 

Fransa Liqa Kuboku
1/8 final

12 dekabr

Tuluza - Bordo 2:0

Anje - Mets 1:0

Monako - Kan 2:0

13 dekabr

Renn – Olimpik (Marsel) 2:2 (penaltilər 4:3)

Amyen - Trua 2:1

Lill - Nitsa 1:1 (penaltilər 2:3) 

Monpelye – Olimpik (Lion) 4:1

Strasburq - PSJ 2:4