Formula 1

Daniel Rikkardo və Maks Ferstappen Qobustanda - FOTOLAR

Azərbaycan Qran Prisi ərəfəsində “Aston Martin Red Bull Racing” komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen Qobustan Milli Parka gedib, kələ-kötür yollarda qeyri adi yarış keçiriblər.

Dsport.az xəbər verir ki, Maks sükan arxasında və Daniel sərnişin qismində, yerli avtomobil həvəskarları ilə “LADA Niva 4x4” avtomobillərində yarışıblar.

Maks Ferstappen: "Əyləncəli idi! Çoxlu qayalar var idi, amma günümüz yaxşı keçdi. Həddindən artıq qeyri-adidir ki, Qobustanın belə mənzərəsi dənizə bu qədər yaxın yerləşir, bu doğrudan da gözəldi. Sürməyə gəlincə, bəli, biz yerli uşaqlarla eyni maşınlarda bir az yarışdıq. Onlar, əlbəttə ərazini daha yaxşı bilirdilər, amma mən düşünürəm ki, biz daha sürətli idik”.

Maksın sürməsini şərh edərək, sərnişin qismində olan Daniel etiraf edib ki, baxmayaraq ki, o öz partnyorunun bacarıqlarına etibar edir, bir neçə əsəbi an var idi:

“Xoşbəxtlikdən, "LADA" öhdəsindən əla gəldi. Hər dəfə Maksı yoldan kənara atanda, mən hiss edirdim ki, o idarəetmənin öhdəsindən gələcək, amma şübhəsiz bir neçə "təhlükəli an" var idi."

Maks deyib ki, öz yoldaşını qorxutmaq istəməyib: "Mən Danieli qorxutmağa çalışmırdım, amma özüm bilirəm ki, sərnişin kimi oturanda həmişə bir az daha da qorxuncdu, çünki sən vəziyyətə nəzarət etmirsən. Amma, düşünürəm hər şey kontrol altında idi, "macəralarsız".