Formula 1

"Şumaxerin vəziyyəti yaxşıya gedir"

Formula 1-in sabiq pilotlarından Filipp Streyff dostu Mixael Şumaxerin son vəziyyəti haqqında danışıb:

"Şumaxer iflicdi. Danışa bilmir. Mənim kimi arabaya məhkumdu. Yaddaş və fikirlərini ifadə etməsilə bağlı problemlər yaşayır. Yaxşıya doğru getdiyini deyə bilərəm. Ancaq bu hansı nöqteyi-nəzərdən baxmağınızdan asılıdı".

Qeyd edək ki, Streyff 1989-cu ildə keçirilən Braziliya Qran-prisindəki qəzanın ardından araba ilə gəzir.