Formula 1

"Ferrari"nin yeni rəhbərinin kimliyinə aydınlıq gəldi

Formula 1 komandalarından "Ferrari"də Marko Matiacidən boşalan rəhbər funksiyası Maurizio Arrivabeneyə həvalə olunub.

Formula 1 komandalarından "Ferrari"də Marko Matiacidən boşalan rəhbər funksiyası Maurizio Arrivabeneyə həvalə olunub.

Komanda bu barədə rəsmi açıqlama yayımlayaraq Arrivabeneni mətbuata tanıdıb. Qeyd edək ki, Matiaci rəhbərlliyindəki "Ferrari" uzun müddət sonra ilk dəfə mövsümü qələbəsiz başa vurmuşdu. Komanda geridə qalan mövsümdə təkcə Alonsonun Çin və Macarıstandakı uğurları sayəsində podyuma çıxa bilmişdi.

Əlavə edək ki, aprel ayında italyan komandasında prezident dəyişikliyi baş vermişdi və Serxio Marçionne sözügedən posta seçilmişdi.