Formula 1

Vern "Toro Rosso"dan ayrıldı

Formula 1 pilotu Jan-Erik Vern 3 ildir yarışdığı "Toro Rosso-Reno" komandası ilə yollarını ayırıb.

Formula 1 pilotu Jan-Erik Vern 3 ildir yarışdığı "Toro Rosso-Reno" komandası ilə yollarını ayırıb.

Vern "Twitter" hesabı vasitəsilə atdığı tvitdə sabiq komandasına təşəkkür edib:

"Yaxşı keçən mövsümə və 22 xala baxmayaraq, 2015-ci ildə "Toro Rosso"da olmayacağam. Birlikdə keçən 3 ilə görə təşəkkür edirəm".