Formula 1

"Toro Rosso" Karlos Saynsla anlaşdı

Formula 1 komandalarından "Toro Rosso" növbəti mövsüm üçün gənc pilot Karlos Saynsla anlaşdığı açıqlayıb.

Formula 1 komandalarından "Toro Rosso" növbəti mövsüm üçün gənc pilot Karlos Saynsla anlaşdığı açıqlayıb.

Ralli üzrə keçmiş dünya çempionu olan atası ilə eyni adı daşıyan Sayns ilk dəfə Formula 1-də yarışacaq. 20 yaşlı pilot fikirlərini mətbuat nümayəndələrilə bölüşüb:

"Toro Rosso"nun bir parçası olmaqdan qürur duyuram. "Red Bull gənc pilotlar" proqramına qatıldıqdan sonrakı xəyalım Formula 1-də yarışmaqdan ibarət idi. Mənə güvəndiklərinə görə "Red Bull"a təşəkkür edirəm. Bu mövsüm "World Series"də uğurlu nəticə göstərdikdən sonrakı ilk planım uğurumu Formula 1-də də davam etdirməkdi".

Karlos Sayns Formula 1 tarixinin 12-ci ispan pilotu olacaq.