Formula 1

Sebastian Fettel: "Nağılların doğru olduğunu deyə bilərəm"

Formula 1 komandalarından "Ferrari"yə transfer olan Sebastian Fettel yeni komandası ilə çıxdığı ilk test sürüşünün ardından "Ferrari" sürməyi nağılların reallaşmasına bənzədib:

"Qırmızı maşınları necə idarə etmək lazım olduğu ilə bağlı bir neçə nağıl var. Ancaq nağılların doğru olduğunu deyə bilərəm. Burdakı ilk günümü heç vaxt unutmayacağam.

Komandanın bir hissəsi olmaq və komandanı tanımaq dəyəri heç bir şeylə ölçülməyən təcrübə deməkdi".

Xatırladaq ki, Fettel ümumilikdə 4 dəfə Formula 1-in qalibi olub.