Avropa Liqası

Avroliqada 1/16 finalın püşkü atıldı

Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Dsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 16:00-da başlayıb.

Avropa Liqasının qrup mərhələsində birinci və ikinci yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrupunda üçüncü yeri tutanlar, bu mərhələdə rəqiblərini tanıyıblar. 32 komandadan ibarət püşkatmada 16 cütlük müyyənləşib.

1/16 final mərhələsinin ilk oyunları fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də keçiriləcək.

Səpələnmişlər: “Arsenal” (İngiltərə), “Benfika” (Portuqaliya), “Betis” (İspaniya), “Çelsi” (İngiltərə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Dinamo” (Kiyev, Ukrayna), “Ayntraxt” (Frankfurt, Almaniya), “Genk” (Belçika), “İnter” (İtaliya), “Bayer” (Leverkuzen, Almaniya), “Napoli” (İtaliya), “Zalsburq” (Avstriya), “Sevilya” (İspaniya), “Valensiya” (İspaniya), “Vilyarreal” (İspaniya), “Zenit” (Rusiya);

Səpələnməmişlər: BATE (Belarus), “Seltik” (Şotlandiya), “Brügge” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Qalatasaray” (Türkiyə), “Krasnodar” (Rusiya), “Latsio” (İtaliya), “Malmö” (İsveç), “Olimpiakos” (Yunanıstan), “Rapid” (Avstriya), “Renn” (Fransa), “Slaviya” (Praqa, Çexiya), “Sportinq” (Portuqaliya), “Şaktyor” (Donetsk, Ukrayna), “Viktoriya” (Çexiya), “Sürix” (İsveçrə).

Avropa Liqası
1/16 final

Viktoriya (Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya)
Brügge (Belçika) - Zalsburq (Avstriya)
Rapid (Avstriya) - İnter (İtaliya)
Slaviya (Praqa, Çexiya) - Genk (Belçika)
Krasnodar (Rusiya) - Bayer (Leverkuzen, Almaniya)
Sürix (İsveçrə) - Napoli (İtaliya)
Malmö (İsveç) - Çelsi (İngiltərə)
Şaktyor (Donetsk, Ukrayna) - Ayntraxt (Frankfurt, Almaniya)
Seltik (Şotlandiya) - Valensiya (İspaniya)
Renn (Fransa) - Betis (İspaniya)
Olimpiakos (Yunanıstan) - Dinamo (Kiyev, Ukrayna)
Latsio (İtaliya) - Sevilya (İspaniya)
Fənərbaxça (Türkiyə) - Zenit (Rusiya)
Sportinq (Portuqaliya) - Vilyarreal (İspaniya)
BATE (Belarus) - Arsenal (İngiltərə)
Qalatasaray (Türkiyə) - Benfika (Portuqaliya)