Avropa Liqası

“Qarabağ”dan Poltavada Bayraq günü sürprizi - VİDEO

“Qarabağ” klubu 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar Poltavada Ukrayna “Vorskla”sı ilə Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunu zamanı aksiya təşkil edib.

Dsport.az xəbər verir ki, qarşılaşmaya gələn Ağdam təmsilçisinin azarkeşlərinə Azərbaycan bayrağı hədiyyə olunub.
 
Qeyd edək ki, Aleksey Butovski adına stadionda təşkil olunan görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbəyə sevinib.