Avropa Liqası

Avroliqada 4-cü turun ən yaxşı futbolçusu bəlli oldu

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Avstriyanın “Zaltsburq” klubunun yarımmüdafiəçisi Takumi Minamino bu həftənin ən yaxşı oyunçusu seçilib. 

O, səsvermədə Matyu Valbuena ("Fənərbaxça"), Kostas Fortunis ("Olimpiakos") və Miyat Qaçinoviçi ("Ayntraxt") qabaqlayıb.

Qeyd edək ki, Minamino Norveçin "Rusenborq" klubuna qarşı keçirdikləri matçda (5:2) het-trikə imza atıb.