Avropa Liqası

Avroliqada 4-cü turun ən yaxşısı adına 4 namizəd

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Dsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, namizədlər arasında Matye Valbuena (“Fənərbaxça”), Takumi Minamino (“Zaltsburq”), Kostas Fortunis (“Olimpiakos”) və Miyat Qaçinoviç (“Ayntraxt”) yer alıb.

Minamino het-trik, Fortunis dubl və 1 qol ötürməsi ilə fərqlənib. Digər iki oyunçu 1 qol və 1 məhsuldar ötürmə edib.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.