Avropa Liqası

Almeydalı “Astana”dan Avroliqada qələbə - VİDEO

Qazaxıstanın “Astana” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində dördüncü oyununu keçirib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu klub doğma meydanda Çexiya təmsilçisi “Yablonets”lə qarşılaşıb. 

Futbolçumuzun komandası ilk oyunda heç-heçəyə (1:1) razılaşdığı bu rəqibinə evdə qalib gəlməyi bacarıb - 2:1.

Almeyda da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 71-ci dəqiqədə əvəzlənib.

“Astana” 4 turdan sonra 8 xalla yer aldığı K qrupunda liderdi.