Avropa Liqası

“Milan”la “Beşiktaş”dan xal itkisi, “Fənərbaxça”dan qələbə

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Ukraynada "Vorskla” ilə üz-üzə gəlib və qələbə qazanıb. Ağdam təmsilçisinin E qrupundakı rəqibi İngiltərə "Arsenal”ı Portuqaliyanın "Sportinq” klubunu qəbul edib. Bu oyunda isə qapılara qol vurulmayıb.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana”sı 4-cü matçını evdə keçirib. Komandanın rəqibi Çexiyanın "Yablonets” kollektivi olub. Qazaxıstan təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb.

Türkiyə təmsilçilərindən "Beşiktaş” səfərdə Belçika "Genk”i, "Fənərbaxça” isə evdə eyni ölkənin "Anderlext” klubu ilə münasibətlərə aydınlıq gətirib. “Beşiktaş” qələbəni əldən verdiyi halda, İstanbulun digər nəhəngi inamlı qələbəyə sevinib. Qonşu ölkənin digər klubu "Akhisarspor” isə İspaniyanın "Sevilya” komandası ilə evdəki matçda sensasiyaya imza ata bilməyib.

Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur

8 noyabr

A qrupu

Ludoqorets (Bolqarıstan) - AEK (Kipr) 0:0

Bayer (Almaniya) - Sürix (İsveçrə) 1:0
Qol: Yedvay, 60.

Sürix - 9, Bayer - 9, AEK - 2, Ludoqorets - 2

B qrupu

Seltik (Şotlandiya) - Leyptsiq (Almaniya) 2:1
Qol: Tirni, 11. Eduard, 79 - Auqustin, 78.

Rusenborq (Norveç) - Zaltsburq (Avstriya) 2:5
Qol: Adeqberno, 52. Yensen, 61 - Minamino, 5; 19; 45. Qulbrandsen, 37. Hovland, 57-öz qapısına.

Zaltsburq - 12, Leyptsiq - 6, Seltik - 5, Rusenborq - 0.

C qrupu

Slaviya (Çexiya) - Kopenhagen (Danimarka) 0:0

Bordo (Fransa) - Zenit (Rusiya) 1:1
Qol: Kamano, 35-pen – Zabolotnı, 72.

Zenit - 8, Slaviya - 7, Kopenhagen - 5, Bordo - 1

D qrupu

Fənərbaxça (Türkiyə) - Anderlext (Belçika) 2:0
Qol: Valbuena, 71. Frey, 74.

Dinamo (Zaqreb, Xorvatiya) - Spartak (Trnava, Slovakiya) 3:1
Qol: Qojak, 22. Kadleç, 36-öz qapısına. Orsiç, 80 – Tçanturişvili, 63.

Dinamo - 12, Fənərbaxça - 7, Spartak - 3, Anderlext - 1

E qrupu

Arsenal (İngiltərə) - Sportinq (Portuqaliya) 0:0

Vorskla (Ukrayna) - Qarabağ (Azərbaycan) 0:1
Qol: A.Abdullayev, 13-pen.

Arsenal - 10, Sportinq - 7, Vorskla - 3, Qarabağ - 3

F qrupu

Betis (İspaniya) - Milan (İtaliya) 1:1
Qol: Lo Çelso, 12 – Suso, 62.

Olimpiakos (Yunanıstan) - Düdelanj (Lüksemburq) 5:1
Qol: Torosidis, 6. Fortunis, 15; 36. Xristodolopulos, 26. Koka, 70 – Sinani, 69.

Betis - 8, Milan - 7, Olimpiakos - 7, Düdelanj - 0

G qrupu

Rapid (Vyana, Avstriya) - Vilyarreal (İspaniya) 0:0

Spartak (Moskva, Rusiya) - Reyncers (Şotlandiya) 4:3
Qol: Melqarejo, 22. Qoldson, 35-öz qapısına. Adriano, 58. Hanni, 59 – Yeryomenko, 5-öz qapısına. Kandeyas, 27. Middleton, 41.

Vilyarreal - 6, Reyncers - 5, Spartak - 5, Rapid - 4

H qrupu

Apollon (Kipr) - Ayntraxt (Almaniya) 2:3
Qol: Zelaya, 71; 90-pen – Yoviç, 17. Haller, 55. Qaçinoviç, 58.

Latsio (İtaliya) - Olimpik (Marsel, Fransa) 2:1
Qol: Parolo, 45. Korrea, 55 – Toven, 60.

Ayntraxt - 12, Latsio - 9, Apollon - 1, Olimpik - 1

I qrupu

Genk (Belçika) - Beşiktaş (Türkiyə) 1:1
Qol: Berge, 87 – Kuaresma, 16.

Malmö (İsveç) - Sarpsporq (Norveç) 1:1
Qol: Antonsson, 67 – Mortensen, 63.

Genk - 7, Malmö - 5, Sarpsporq - 5, Beşiktaş - 4

J qrupu

Akhisarspor (Türkiyə) - Sevilya (İspaniya) 2:3
Qol: Manu, 52. O.Ayıl, 78 – Nolito, 12. Muriel, 38. Baneqa, 87-pen.

Krasnodar (Rusiya) - Standard (Belçika) 2:1
Qol: Süleymanov, 79. Vanderson, 82 – Qonsales, 19.

Krasnodar - 9, Sevilya - 9, Standard - 6, Akhisarspor - 0

K qrupu

Astana (Qazaxıstan) - Yablonets (Çexiya) 2:1
Qol: P.Enrike, 18. Postnikov, 88 - Mayevski, 40-öz qapısına.

Dinamo (Kiyev, Ukrayna) - Renn (Fransa) 3:1
Qol: Verbiç, 13. Mikolenko, 68. Şaparenko, 72 – Jordan, 89.

Astana - 8, Dinamo - 8, Renn - 3, Yablonets – 2

L qrupu

BATE (Belarus) - Çelsi (İngiltərə) 0:1
Qol: Jiru, 52.

Videoton (Macarıstan) - PAOK (Yunanıstan) 1:0
Qol: Milanov, 50.

Çelsi - 12, Videoton - 6, BATE - 3, PAOK - 3