Avropa Liqası

“Qarabağ” ilk qələbəsini Ukraynada qazandı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirib.

Dsport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.

E qrupunda yer alan Ağdam təmsilçisi əvvəlki hər üç oyununda məğlub olmuşdu. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:4, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzmuşdu. Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olmuşdu.

Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsaydı, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaqdı. Bu üzdən də Qurbanovun yetirmələri məhz Poltavada ilk qol və xal sevincini yaşamağa köklənmişdi.

Azərbaycan təmsilçisi məhz bu oyunda uğursuz gedişata son qoymağı bacarıb. Ağdam klubu minimal hesabla qələbə qazanıb.

Qrupun digər oyununda İngiltərə "Arsenal"ı Portuqaliya "Sportinq"ini qəbul edib. Bu görüşdə isə qapılara qol vurulmayıb. 

Avropa Liqası
E qrupu, 4-cü tur

8 noyabr

Vorskla - Qarabağ 0:1
Qol: A.Abdullayev, 13-pen.
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Bekim Zoqay, Ştefan De Almeyda
Dördüncü hakim: Raffael Tseder
Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (hamısı İsveçrə)
Poltava. Aleksey Butovski adına stadion.

Vorskla: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacip Yakubu, 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 26. Yuri Kolomoyets, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavel Rebyonok.
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Sergeyçuk. 14. Nikolas Kareka, 23. Vadim Sapay, 40. Taras Sakiv. 44. Ardin Dalku.
Baş məşqçi: Vasili Saçko.
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Arsenal - Sportinq 0:0

Arsenal - 10, Sportinq – 7, Vorskla – 3, Qarabağ – 3.