Avropa Liqası

Səfir və konsulumuz “Qarabağ”ın məşqində

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Vorskla” ilə səfər oyunu öncəsi Ukraynada məşqə çıxıb.

Dsport.az klubun “Facebook”dakı rəsmi səhifəsinə istinadən xəbər verir ki, Aleksey Butovski adına stadionda təşkil olunmuş hazırlıq prosesini Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltava şəhərindəki fəxri konsulumuz Elşən Vəliyev də izləyib.

“Qarabağ” rəhbərliyi onlara arxalarında adları yazılmış forma hədiyyə edib.