Avropa Liqası

“Vorskla” - “Qarabağ”: Hakim təyinatları açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Vorskla” (Poltava) - “Qarabağ” matçının hakimləri məlum olub.

Dsport.az xəbər verir ki, Ukraynadakı oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sandro Şörer olacaq. Ona yan xətt hakimləri kimi Bekim Zoqay və Ştefan De Almeyda kömək edəcəklər. Dördüncü hakim funksiyasını Raffael Tseder yerinə yetirəcək. Oyunun əlavə köməkçi hakimləri isə Alen Byeri və Lukas Fandrix olacaq. Almaniyadan olan Edqar Ştaynborn qarşılaşmanın hakim-inspektoru, danimarkalı Klaus Kristensen isə UEFA nümayəndəsidir.

"Vorskla" - "Qarabağ" görüşü noyabrın 8-də Poltavadakı Aleksey Butovski adına stadionda keçiriləcək və saat 00:00-da başlayacaq.