Avropa Liqası

“Qarabağ”dan azarkeşlərə jest

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də Bakı Olimpiya Stadionunda Ukraynanın “Vorskla” klubunu qəbul edəcək.

Dsport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq.

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, saat 17:55-dən etibarən istifadə edə bilərlər.

Bu arada, “Qarabağ” - "Vorskla" matçına bilet satışı da davam edir.

"Qarabağ" - "Vorskla" matçı oktyabrın 25-də keçiriləcək və saat 20:55-də başlayacaq.